İŞİD Suriya restoranlarında bomba qoyulmasında məsuliyyət daşıyır
Dek 31, 2015 18:29 Asia/Baku
-
İŞİD Suriya restoranlarında bomba qoyulmasında məsuliyyət daşıyır
Terrorçu İŞİD qrupu Suriyanın şimal-şərqində bomba qoyulmasının məsuliyyətini üzərinə götürüb.
Suriyanın rəsmi xəbər agentliyi bildirib ki, terrorçu İŞİD qrupu çərşənbə günü gecə Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətindəki kürd sakinli Qamışlı məntəqəsində yerləşən iki restoranda bomba qoyulmasının məsuliyyətini üzərinə götürüb.
Deyilənlərə görə, bombalar dövlət qüvvələrinin bir yoxlama-buraxılış məntəqəsinin yaxınlığında partlayıb. Nəticədə 16 nəfər həlak olub, 35 nəfər də yaralanıbdır. Həlak olanlardan 13 nəfəri xristian olubdur.