Dek 31, 2015 20:18 Asia/Baku
  • Suriyanın cənub-qərbində bir qəsəbə azad edilib
    Suriyanın cənub-qərbində bir qəsəbə azad edilib

Suriyalı qüvvələr bu ölkənin cənub-qərbində bir qəsəbəni terrorçuların işğalından azad ediblər.

Fars xəbər agentliyinin məlumatına görə, Suriya ordusunun qüvvələri xalq qüvvələrinin köməyilə bu ölkənin cənub-qərbində yerləşən Qunəytrə şəhərindəki Səmdaniyyə qəsəbəsini terrorçuların işğalından azad ediblər. Bu zaman bir qrup terrorçu öldürülüb.

Həmçinin Suriyanın cənubundakı Şimali Dəra məntəqəsinin ətrafındakı strateji Şeyx Miskin məntəqəsi Suriya ordusunun qüvvələri tərəfindən azad edilib.

Suriya ordusunun Şeyx Miskin məntəqəsinə hücumu qəfil olub və terrorçular fürsət əldə etmədən bu şəhərdən qaçıblar və bu hücumda bir qrup terrorçu öldürülüb.

Şeyx Miskin məntəqəsinin azad edilməsi Suriya ordusu üçün mühüm müvəffəqiyyət sayılır, zira bu məntəqə paytaxt Dəməşq şəhəri üçün qoruyucu divardır və ordu terrorçuların yardım xətlərini kəsərək, onların Dəra şəhərindəki iştiraklarına son qoyub.

Məhin Darulqələmun şəhərinin azad edilməsi və İŞİD-in ondan çıxarılması da Suriya ordusu üçün digər bir uğuü sayılır.

Suriyanın mərkəzindəki Hums şhərində də ordu qüvvələri İŞİD-in mövqelərini hədəfə və Qərbi və Şərqi Əltəhəyn məntəqələrini nəzarətə alıblar.

Həmçinin Suriya ordusunun hücumlarında bu ölkənin şimal-qərbindəki İdlib şəhərinin ətrafında Cibhətunnusrə terror qrupunun başçılarından olan Hüseyn Ələsud on üç digər terrorçu ilə yanaşı öldürülübdür.

Teqlər