Dünyanın ən azyaşlı məhbusu "İsrail" məhbəsində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203286-dünyanın_ən_azyaşlı_məhbusu_İsrail_məhbəsində
Fələstin dairələri 11 yaşlı fələstinli uşağın sionist rejim məhbəsində dustaq olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2016 15:23 Asia/Baku
  • Dünyanın ən azyaşlı məhbusu
    Dünyanın ən azyaşlı məhbusu "İsrail" məhbəsində

Fələstin dairələri 11 yaşlı fələstinli uşağın sionist rejim məhbəsində dustaq olduğunu bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının Qüds Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Qəzzə zolağının mühasirəsi ilə mübarizə ictimai komitəsinin sədri bildirib: Sionist rejim Qüds İntifazəsi prosesində 11 yaşlı Əli Əlqəm adlı fələstinli uşağı azadlıqdan məhrum edib.

11 yaşı olan və dünyanın ən azyaşlı məhbusu hesab olunan Əli Əlqəm 3 güllə ilə yaralanaraq həbs olunub.

Bu 11 yaşlı uşağın ailəsi həbs olunduğu zamandan yalnız bir dəfə və hərbçilərin iştirakı ilə onunla görüşə bilmişdir.

Qəzzə zolağının mühasirəsi ilə mübarizə ictimai komitənin rəhbəri Camal əl-Xədari beynəlxalq ictimaiyyət və insan haqları dairələrindən sionist rejim həbsxanalarındakı uşaqları himayə etməyə çağırıb.

Hazırda sionist rejim həbsxanalarında 7 mindən çox fələstinli ən acınacaqlı şəraitdədir.

Bu arada Fələstin Şəhidləri Ailələri Milli Birliyi illik hesabatında bildirib: 2015-ci ildə 179 fələstinli sionist hərbçilərin atəş açması nəticəsində şəhid olub. Onlardan 35-i uşaqdır.