İŞİD-in Türkiyədəki hədəsi barədə xəbərdarlıq
-
İŞİD-in Türkiyədəki hədəsi barədə xəbərdarlıq
Türkiyənin xarici işlər naziri bu ölkədə İŞİD hədəsi barədə xəbərdarlıq edib.
Uorld Tribyun xəbər portalının məlumatına görə, Mövlud Çavuşoğlu cümə günü bir çıxışda İŞİD-in böyük terror hədəsinə toxunaraq, deyib ki, Ankara bu qrupa qarşı hava hücumlarını davam etdirəcək.
Türkiyənin xarici işlər naziri iddia edib ki, bu ölkənin İŞİD-in Suriya və İraqdakı mövqelərinə qarşı artilleriya hücumlarında 200-dən çox İŞİD üzvü öldürülüb.
Çavuşoğlu İstanbuldakı son terror hücumları haqda təhqiqatların davam etməsindən xəbər verib.
Çərşənbə axşamı günü İstanbulda keçirilmiş terror hücumlarında azı on nəfər ölüb, on beş nəfər də yaralanıbdır.
Türkiyənin İŞİD ilə mübarizə iddiası elə bir haldadır ki, bu ölkə özünün qərbli və regional müttəfiqlərilə yanaşı Suriyada və regionda İŞİD daxil olmaqla terror qruplarının təşkili, təchizi və təlimində mühüm rol oynayıbdır.
Həmçinin Türkiyə dövlətinin və onun tabeliyində olanların İŞİD-in maliyyə mənbələrinin neft satışı və digər yollarla təmini üçün bu qrup ilə həmkarlıqlarına dair sənəd və faktlar mövcuddur.