Suriyanın şərqində sivillər qətliam edilib
-
Suriyanın şərqində sivillər qətliam edilib
İŞİD terror qruplaşması cinayətlərinin davamında Suriyanın şərqində Deyruz-Zur vilayətində təxminən 300 sivili qətliam edib.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Suriyada terror qruplaşmalarının ardıcıl məğlubiyyətləri və İŞİD ünsürlərinin çoxunun ölməsi və yaxud qaçması ilə yanaşı, bu terror qruplaşması əksəriyyətini qadınlar, uşaqlar və yaşlı insanlar təşkil edən əl-Bəğiliyyə kəndinin 300-ə yaxın sakinini qətlə yetirib.
Bu arada BMT Deyruz-Zur şəhərində 200 min nəfərin aclıqla üzləşdiyini bildirərək əlavə edib: Qeyri-rəsmi hesabatlara əsasən İŞİD terrorçularının işğalında olan bu şəhərdə onlarla nəfər aclıq nəticəsində dünyasını dəyişib.
2014-cü ildə əl-Qaidə və sələfi ifratçı qruplaşmaların ayrılması ilə Əbubəkr əl-Bağdadinin başçılığı ilə öz varlığını elan edən İŞİD terror qruplaşması İraq və Suriyanın müxtəlif şəhərlərinə hücumlar edərək dəhşətli cinayətlər törətmiş və əraziləri xarabazarlığa çevirmişdir.