Yan 20, 2016 10:13 Asia/Baku
  • Terrorçular 5 günə Yərmuk düşərgəsindən çıxacaqlar
    Terrorçular 5 günə Yərmuk düşərgəsindən çıxacaqlar

Terrorçular yanvar ayının sonuna qədər Suriya paytaxtı Dəməşqin cənubundakı Yərmuk düşərgəsindən çıxacaqlar.

Səhər Beynəlxalq Televiziyasının Qüds saytına istinadla verdiyi məlumata görə, Suriyada yaşayan Fələstinli Qrupların katibi Xalid Əbdülməcid bidirib: İŞİD və əl-Nüsrə Cəbhəsi üzvləri 25 yanvara qədər Yərmuk düşərgəsindən çıxacaqlar və onların çıxmasından sonra 170 min fələstinli didərgin bu düşərgəyə geri qayıdacaqdır.

Əbdülməcid əlavə edib: İŞİD və əl-Nüsrə cəbhəsi üzvlərinin Yərmuk düşərgəsindən çıxmasını koordinasiya edən BMT heyətinin bildirdiyinə əsasən 3 min 567 üzv 20, 21 və 22 yanvarda Yərmuk düşərgəsindən çıxacaqlar.

Əbdülməcid bildirib: İŞİD və əl-Nüsrə Cəbhəsi üzvləri Yərmuk düşərgəsindən çıxdığı zaman öz ağır və yarımağır silahlarını Suriya dövlətinə təhvil verəcəklər.

Suriyada yaşayan Fələstinli Qrupların katibi deyib: Suriya hökuməti İŞİD və əl-Nüsrə Cəbhəsi üzvlərinin Yərmuk düşərgəsindən çıxmasından sonra silahlı qruplaşmaların yerləşdirdikləri partlayıcı maddələrə və minaları zərərsizləşdirməyə başlayacaq. Sonra onun bərpası ictimai xidmətlər, o cümlədən su və elektriki təmin etməyə başlayacaq.

BMT-nin vasitəçiliyi ilə əldə olunan anlaşmaya əsasən İŞİD terrorçuları Yərmuk düşərgəsindən çıxdıqdan sonra Riqqə şəhəri, əl-Nüsrə Cəbhəsi terrorçuları da Hələb və İdlib şəhərlərinə nəql olunacaqlar.

Hazırda 7 min fələstinli Yərmuş düşərgəsindədir və terrorçuların çıxmasından sonra ilk öncə 100 min, sonra isə 70 min fələstinli bu düşərgəyə qayıdacaqdır.

Teqlər