Fev 04, 2016 10:49 Asia/Baku
  • İŞİD
    İŞİD "böyrək" ticarətinə daxil olub

İŞİD terror qruplaşması bəşəiyyət əleyhinə cinayətlərinin davamında işğal altında saxladığı ərazilərdə "böyrək" ticarətinə başlayıb.

İRNA-nin məlumatına görə, İraqın Mosul şəhərində bəzi mənbələr bildiriblər ki, Mosul şəhərinin xəstəxanalarında İŞİD-in göstərişi əsasında 4200 dollara böyrək alışı həyata keçirilir. Sonra bu böyrəkləri müştərilərə 3 dəfə baha qiymətə satırlar.

Adlarının gizli qalmasını istəyən bu qaynaqlar bildiriblər ki, Mosul əhalisi pula olan ehtiyac üzündən öz böyrəklərini satmağa məcbur olublar və indiyə kimi sadəcə Mosulun mərkəzi xəstəxanasında 126 böyrək satışı əməliyyatı qeydə alınıb.

Bu məlumata görə, İŞİD terror qruplaşması əhalinin iqtisadi vəziyyətinin acınacaqlı olmasından sui-isitfadə edərək, onların böyrəklərini ucuz qiymətə alaraq, böyrəyə ehtiyacı olan adamlara 3 dəfə baha qiymətə satır. Və bu yolla gəlir əldə edir.

Teqlər