Fev 11, 2016 09:35 Asia/Baku
  • Livanda İŞİD-ə kimyəvi maddələr daşıyan yük maşını müsadirə olunub
    Livanda İŞİD-ə kimyəvi maddələr daşıyan yük maşını müsadirə olunub

Livanın bir təhlükəsizlik mənbəyi bildirib ki, bu ölkə ordusu Livanın şimal-şərqində İŞİD terror qrupu üçün qaçaq kimyəvi maddələr daşıyan bir yük maşınını müsadirə edib.

IRIB-nin məlumatına görə, Livanın bu təhlükəsizlik mənbəyi çərşənbə günü bir bəyanatda vurğulayıb: Ordu özünün yoxlama-buraxılış mərkəzlərindən birində Ərsal sərhəd qəsəbəsinin sakinlərindən birni həbs və ona aid olan yük maşınında İŞİD terror qrupu üçün müəyyən miqdarda qaçaq kimyəvi maddə aşkar edibdir.

Bəyanatda deyilir ki, daş daşıyan bu yük maşınında yüklərin arasında müəyyən miqdarda kimyəvi maddə yerləşdirilibmiş.

Livanın təhlükəsizlik mənbəyinin bəynatına əsasən, bu Livan vətəndaşı etiraf edibdir ki, İŞİD terror qrupu üçün kimyəvi maddələrin köçürülməsi üzrə məsul şəxs Ərsalın Cərud məntəqəsindədir.

Livan ordusu Suriya ilə sərhəddə Ərsal qəsəbəsi ətrafında yerləşən yoxlama-buraxılış mərkəzlərində bu məntəqədəki terrorçulara köməyin çatdırılmasına mane olmaq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirməyi davam etdirir.

Suriya böhranı terror xətərini Livana da yönəldib və iki ölkənin sərhəd məntəqələri terrorçuların gediş-gəliş məntəqələrinə çevrilibdir.

Teqlər