Fev 17, 2016 17:58 Asia/Baku
  • Hələb və Laziqiyyədə digər məntəqələr azad edilib
    Hələb və Laziqiyyədə digər məntəqələr azad edilib

Suriyanın ordu qüvvələri Hələb və Laziqiyyə ətrafındakı digər məntəqələri terror qruplarının işğalından çıxarıblar.

Əl-Nəşrə xəbər portalının məlumatına görə, çərşənbə günü Suriya ordusu Hələbin şimal ətrafında terror qrupları ilə şiddətli döyüşdən sonra Əhrəs, Misqan və Əlcihad məntəqələrini azad edib.

Suriya ordusu həmçinin Laziqiyyənin şimal ətrafında terrorçu silahlı qruplarla toqquşub və Əlqəzalə yüksəkliyini və bir neçə kəndi azad edib. Bu əməliyyatda çoxlu sayda terrorçu ölüb və ya yaralanıbdır.

Rusiya ordusunun qırıcıları da Həmah şəhərinin ətrafındakı Hərbnəfsə qəsəbəsi və Hums şəhərinin şimal ətrafındakı Kisin məntəqəsinin ətrafına, eləcə də Ələsvəd və Əlsəən kəndlərində silahlı qrupların toplaşma məkanına hücum ediblər. Bu hücumlar nəticəsində bir qrup terrorçu ölüb, bir qrup terrorçu da yaralanıbdır.

Suriya ordusunun qüvvələri İŞİD terrorçularının Əlməriəyə əkin sahələri tərəfindən Diyrəlzur hərbi aeroportuna tərəf nüfuz etmək üzrə səylərini zərərsizləşdirə və onların bir qrupunu öldürə biliblər.

Suriya ordusunun qüvvələri həmçinin Qələmun məntəqəsində yeni irəliləyişə nail olublar. Onlar bu məntəqədə bir neçə strateji nöqtəni azad ediblər.

Teqlər