Ərdoğan Türkiyəni müdafiə üçün Suriyada istənilən əməliyyatın keçirilməsi barəsində iddia irəli sürüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i208618-Ərdoğan_türkiyəni_müdafiə_üçün_suriyada_istənilən_əməliyyatın_keçirilməsi_barəsində_iddia_irəli_sürüb
Türkiyə prezidenti iddia edib ki, Ankara özünü müdafiə etmək üçün Suriyada hərbi əməliyyat keçirməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2016 09:49 Asia/Baku
  • Ərdoğan Türkiyəni müdafiə üçün Suriyada istənilən əməliyyatın keçirilməsi barəsində iddia irəli sürüb
    Ərdoğan Türkiyəni müdafiə üçün Suriyada istənilən əməliyyatın keçirilməsi barəsində iddia irəli sürüb

Türkiyə prezidenti iddia edib ki, Ankara özünü müdafiə etmək üçün Suriyada hərbi əməliyyat keçirməlidir.

Gənc Reportyorlar Klubunun məlumatına görə, Rəcəb Tayyib Ərdoğan İstanbulda etdiyi çıxışında iddia edib ki, özünü müdafiə bizim qanuni haqqımızdır və heç kəs Türkiyəni terror hücumları qarşısında özünü müdafiə haqqı ilə əlaqədar məhdudlaşdıra bilməz.

Türkiyə prezidenti deyib: Bəzi tərəflər terror qruplaşmaları və hücumlarından istifadə etməmklə Türkiyəni çıxılmaz vəziyyətə salmaq istəyirlər. Lakin uğur qazanmayacaqlar.

Türkiyə prezidenti həmçinin Amerikaya Suriyada kürd yaraqlıları dəstəkləməklə bağlı xəbərdarlıq edib və deyib: Şübhəsiz Ankarada Türkiyə ordusuna hücum Suriya Demokratik Birlik partiyasının hərbi qolu olan Xalq Müdafiə Qüvvələrinin üzvlərindən birinin işi olmuşdur.

Ötən çərşənbə günü Ankara şəhərində partlayış nəticəsində 28 nəfər həlak olub, 60-dan çox şəxs yaralanıb.