Fev 23, 2016 09:33 Asia/Baku
  • Livanın Ərəbistana reaksiyası
    Livanın Ərəbistana reaksiyası

Livanın xarici işlər naziri vurğulayıb ki, Ərəbistanın Livanın Ərriyadın anti-İran siyasətlərini müşayiət etməsini istəməsi Beyrutun bitərəflilik prinsipi ilə təzadlıdır.

Əlaləm telekanalının məlumatına görə, Livanın xarici işlər naziri Cubran Basil Beyrutda keçirdiyi mətbuat konfransında Ərəbistanın həmin istəyini məntiqsiz hərəkət adlandırıb.

Livanın xarici işlər naziri şənbə günü bir bəyanatda Ərəbistanın Livan ordusunun təchiz edilməsi üzrə maliyyə yardımı vədini ləğv etmək isiqamətindəki hərəkətinə reaksiyada bildirib ki, Ərəbistan Beyrutun İran-Ərəbistan ixtilafları barədə Tehranı himayə mövqeyini bəhanə gətirərək, özünün artıqtamahlıq siyasətlərini Livana qəbul etdirmək istiqamətində hərəkət edir.

Ali-Səudun Ərəbistanın Livan ordusuna yardımlarını kəsməyə dair qərarı Beyrutun ərəb ölkələri xarici işlər nazirlərinin Qahirədə və İslam Əməkdaşlığı Təşkilatının Ciddədə keçirilən iclaslarında Ərəbistanın fitnəkar, təfriqə salma və müdaxilə mahiyyətli siyasətlərini müşayiət etməkdən imtina etməsindən sonra çıxarlıbdır.

Teqlər