Suriyada İŞİD-in anbarında Türkiyə istehsalı olan partlayıcı maddələr aşkarlanıb
Fev 23, 2016 10:03 Asia/Baku
-
Suriyada İŞİD-in anbarında Türkiyə istehsalı olan partlayıcı maddələr aşkarlanıb
Bir suriyalı kürd jurnalist Suriyanın şimal-şərqində, İŞİD-in anbarında Türkiyə istehsalı olan partlayıcı maddələrin aşkarlanmasından xəbər verib.
Suriyalı kürd jurnalist Şahin Ömər IRNA ilə müsahibədə deyib ki, Suriyanın ordusu və yerli kürd qüvvələri Həsəkə vilayətinin cənubunda yerləşən Şədadiyyə məntəqəsində yüzlərlə ton Türkiyə istehsalı olan partlayıcı maddə aşkarlayaraq, müsadirə ediblər.
Şahin Ömər əlavə edib: Bu maddələrin aşkarlanması göstərir ki, Türkiyə Suriyada terrorçuların təchiz olunmalarında mühüm rol oynayır və səy edir ki, terror qruplarını dəstəkləyərək, Suriyada çaxnaşmaları qızışdırsın.
Suriyanın Şədadiyyə şəhəri ötən həftə bu ölkədəki kürd qüvvələrin nəzarəti altına keçibdir.