Ərəbistanın silah alışı 279% artıb
Ərəbistanın regionda izlədiyi militarist siyasətlərin kölgəsində, Ali-Səud başçılarının silah alışı 279% artıb.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Beynəlxalq Siyasət Mərkəzinin(CİP) analitiki Uilyam Hartunq "leweblog.com" internet portalı üçün yazdığı məqalədə yazıb: 2011-2015-ci illərdə Ərəbistana silah ixracatı həcmi 279% artıb. Bu silahların üçdə biri ABŞ və İngiltərədən alınıb.
Ərəbistan rəsmiləri bundan öncə öz hakimiyyətlərini qorumaq və ABŞ-ın himayəsini qaranti altına almaq üçün Vaşinqton ilə iri silah müqavilələri imzalayırdılar. İndi isə bu kimi müqavilələri Yəmən müharibəsində istifadə etmək üçün silahların təmin edilməsi məqsədi ilə bağlayırlar.
Təhlükəsizlik Yardımlarına Nəzarət(SAM) müəssisəsi də öz hesabatında Barak Obamanın prezidentliyi dövründə Ərəbistana silah ixracatının Corc Buşun dövrü ilə müqayisədə 96% artdığına işarə edib və bildirib: 2014-cü ildə 2500 səudiyyəli Amerikada hərbi təlimlərdə iştirak edib.
Avropa Parlamenti son zamanlar Yəmənə edilən hücumlarda sivil əhalinin hədəfə alınmasını nəzərə alaraq, Ərəbistana silah satışına embarqo qoydu.