İraq dövləti bu ölkə vətəndaşlarına xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i209644-İraq_dövləti_bu_ölkə_vətəndaşlarına_xəbərdarlıq_etdi
İraq hökuməti Mosul su bəndinin dağılması barədə Dəclə çayının ətrafında yaşayan insanlara xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 15:12 Asia/Baku
  • İraq dövləti bu ölkə vətəndaşlarına xəbərdarlıq etdi
    İraq dövləti bu ölkə vətəndaşlarına xəbərdarlıq etdi

İraq hökuməti Mosul su bəndinin dağılması barədə Dəclə çayının ətrafında yaşayan insanlara xəbərdarlıq edib.

Suməriyyə Nyus informasiya portalının verdiyi məlumata əsasən, İraqın baş naziri Heydər əl-İbadi Mosul su bəndinin dağılması barədə xəbərdarlıq edərək, Dəclə çayının ətrafında yaşayan insanlardan istəyib ki, ehtimal olunan təhlükədən uzaq qalmaq üçün evlərini tərk etsinlər.

İraq rəsmiləri xəbərdarlıq ediblər ki, Mosul su bəndinin dağılması ehtimalı mövcuddur. Bu isə 1.5 milyon nəfərin ölümünə və bir milyon insanın ev-eşiyini itirməsinə səbəb olacaq bir faciə deməkdir.

ABŞ-ın Bağdaddakı səfirliyi də bir bəyanat yayaraq, Mosul su bəndinin dağılmasını qorxunc adlandırıb və bildirib ki, bu səfirliyin işçiləri tezliklə Bağdadı tərk edəcəklər.

İŞİD terror qruplaşmasının Mosulu ələ keçirməsi, ciddi təmir və bərpa işlərinə ehtiyaclı olan Mosul su bəndinin yxılması təhlükəsini artırıb.