Türkiyənin cənub-şərqində etirazlar
Mart 04, 2016 18:35 Asia/Baku
-
Türkiyənin cənub-şərqində etirazlar
Türkiyənin cənub-şərqində aramsızlıqlar davam edir, ölkənin cənub-şərqində yaşayan kürdlər bir daha aksiya keçiriblər.
PressTV-nin məlumatına görə, Diyarbəkirdə keçirilən aksiya polis ilə qarşıdurma ilə nəticələnib.
Komendant saatının ləğv edilməsini istəyən bir qrup aksiya keçirməyə çalışıb. Amma, təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək, aksiya iştirakçılarını dağılışmağa məcbur ediblər.
Bundan öncə də, Diyarbəkirdə oxşar aksiya keçirilmiş və komendant saatının ləğv edilməsi istənilmişdi.
Türkiyə dövləti ölkənin cənub-şərqində PKK yaraqlılarına qarşı əməliyyatlar çərçivəsində bir sıra məntəqələrdə komendant saatı elan edib.