Mart 13, 2016 10:07 Asia/Baku
  • Sionist rejim İŞİD terrorçularını müalicə edir
    Sionist rejim İŞİD terrorçularını müalicə edir

Sionist rejim ordusu etiraf edib ki, işğal olunmuş ərazilərdə 2 mindən çox suriyalı yaralı terrorçu müalicə olunmuşdur.

İRİB-in məlumatına görə, sionist rejim ordusunun Cövlan yüksəkliyindəki qüvvələri komandanının müavini Bəhai Əlyan suriyalı yaralı terrorçuları sığınan suriyalılar adlandırıb və iddia edib: İsrail bu şəxslərin kimliyi ilə əlaqədar arxayın olduqdan sonra insani vəzifəsinə əsasən onları müalicə etmişdir.

Sionist rejim ordusunun bu zabitinin iddiaları ilə yanaşı qeyd edək ki, İngiltərənin Daily Mail xəbər portalı bir neçə gün öncə Suriya hökumətinə qarşı mübarizə aparan yaralı terrorçuların işğal olunmuş Fələstin ərazilərində müalicəsi ilə əlaqədar reportaj yayımlayıb. Bu portal həmçinin İsrailin bu yaralıların müalicəsi üçün milyonluq vəsait sərf etdiyini bildirib.

Bu arada Fələstin dairələri bildirirlər ki, terrorçular işğal olunmuş ərazilərdə müalicə olduqdan sonra Suriya sərhədində nəzərdə tutulan avtomobillərlə döyüşlərə qayıdırlar.

Daily Mail nəşri bir müddət öncə bir video-çarxı yayımlayıb. Video-çarxda sionist hərbçilərin Cövlan yüksəkliklərində təkfirçi terrorçuları müalicə etdiyi əks olunur.

Bu xəbər portalı yazıb: Sionist rejim ötən bir neçə ildə suriyalı terrorçuları müalicə etmişdir. Təl-Əviv Suriya dövlətinə müxalif terrorçulara tibbi yardımdan əlavə, onları hərbi və tədarük baxımından da dəstəkləmişdir.

Suriya 2011-ci ildən dəhşətli de-stabilliyin şahididir. Bu qarşıdurmalarda indiyə qədər on minlərlə suriyalı həlak olmuş və milyonlarla nəfər də didərgin düşmüşdür.

Teqlər