Mart 19, 2016 10:10 Asia/Baku
  • İŞİD terrorçuları Suriyanın Riqqə şəhərindən qaçıblar
    İŞİD terrorçuları Suriyanın Riqqə şəhərindən qaçıblar

Suriyanın şimalında İŞİD terrorçularının mühasirəyə alınmalaırnın daha da daralması ilə bu terror qrupunun bir qrup üzvü həmin məntəqələrdən qaçıbdır.

Rusiyanın Sputnik xəbər agentliyinin məlumatına görə, Suriya ordusunun bu ölkənin şimalında yeni əməliyyatının başlanması ilə İŞİD terror qrupunun üzvləri Riqqə şəhəri əhalisindən oğurladıqları şəxsiyyət vəsiqələri ilə bu məntəqədən qaçıblar.

Deyilənlərə görə, İŞİD bu şəxsiyyət vəsiqələrini Suriyanın şimal-şərqində yerləşən Riqqə şəhərinin sakinlərini təftiş edərkən müsadirə edibdir.

Riqqə şəhəri indiyədək İŞİD üzvlərinin Suriyanın şimal-şərqindəki ən mühüm yerləşmə məkanı olubdur.

Suriya 2011-ci ildən bəzi qərbli və ərəb ölkələrinin dəstəklədikləri terror qruplarının iştirakı ilə üzləşir. Suriyanın beşillik çaxnaşmalarında indiyədək minlərlə nəfər öldürülüb, milyonlarla nəfər də evsiz-eşiksiz qalıbdır.

Teqlər