“Əl Cəzirə” telekanalı 500 əməkdaşını ixtisar edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i212755-Əl_cəzirə_telekanalı_500_əməkdaşını_ixtisar_edir
Qətərin “Əl Cəzirə” telekanalı (Al Jazeera) əməkdaşlarından dünya üzrə 500 nəfərini ixtisar etməyə hazırlaşır. Məlumatı “Associated Press” yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2016 03:59 Asia/Baku
  • “Əl Cəzirə” telekanalı 500 əməkdaşını ixtisar edir
    “Əl Cəzirə” telekanalı 500 əməkdaşını ixtisar edir

Qətərin “Əl Cəzirə” telekanalı (Al Jazeera) əməkdaşlarından dünya üzrə 500 nəfərini ixtisar etməyə hazırlaşır. Məlumatı “Associated Press” yayıb.

İxtisara şirkətin maliyyələşməsinin asılı olduğu enerji daşıyıcılarının qiymətlərinin azalmasının səbəb olduğu bildirilir. “Əl Cəzirə”dən bildirilib ki, ixtisarlar “əmək resurslarının optimallaşdırılması təşəbbüsü” baxımından vacibdir.

Hazırda şirkətin 4500-ə yaxın əməkdaşı var.

Qeyd edək ki, bundan əvvəl telekanalın ABŞ-da yayımı dayandırması barədə məlumatlar yayılmışdı.

“Əl Cəzirə” telekanalı terrorçu İŞİD və sələfi-vəhhabi qaragurhları təbliğ edən bir kanal sayılır.