Suriya ordusu Qəritin şəhərciyində irəlilədi
-
Suriya ordusu Qəritin şəhərciyində irəlilədi
Suriya ordusu Homs vilayətinin cənubunda Qəritin şəhərciyinin bəzi ətraf bölgələrini nəzarətə götürüb.
Rusiya əl-Youm televiziyasının məlumatına görə, Suriya ordusu və silahlı qüvvələri Homs vilayətində İŞİD terrorçuları ilə qarşıdurmada çoxlu sayda terrorçunu öldürüb və Qəritin şəhərciyinin ətraf bölgələrini nəzarətə götürüblər.
Qəritin şəhərciyi Homs vilayətində İŞİD terror qruplaşmasının əsas bazalarından biridir. Suriya qüvvələri həmçinin İŞİD terrorçularının Qəritin şəhərciyi yaxınlığında əl-Cəbəl dağına doğru irəliləmələrinin qarşısını alıb və onlara ağır zərbələr endiriblər.
İŞİD 2015-ci il avqust ayında Qəritin şəhərciyini işğal etmişdir. Homs vilayətində Palmira tarixi şəhərinin azad olunmasından sonra Qəritin şəhərciyi İŞİD terror qruplaşmasının sonuncu bazasıdır.