İraq Hizbullahı naməlum uçan aparatı vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i213883-İraq_hizbullahı_naməlum_uçan_aparatı_vurdu
İraq Hizbullahı Səlahəddin vilayətində naməlum uçan pilotsuz aparatı vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2016 04:47 Asia/Baku
  • İraq Hizbullahı naməlum uçan aparatı vurdu
    İraq Hizbullahı naməlum uçan aparatı vurdu

İraq Hizbullahı Səlahəddin vilayətində naməlum uçan pilotsuz aparatı vurub.

Əl-Məlumə xəbər saytının məlumatına görə, İraqın Hizbullah qüvvələri çərşənbə axşamı günü Səlahəddin vilayətinin şimalında Məkhul bölgəsində kəşfiyyat əməliyyatı zamanı naməlum uçan pilotsuz aparatı vurublar.

İraqın Hizbullah qüvvələri bölgədə İŞİD kamikadzelərindən bir qrupunun toplandığı məkanı müəyyənləşdirmək üçün əməliyyat keçirirmiş. Çünki bununla əlaqədar təhlükəsizlik qurumlarından məlumatlar almışdı.

Təhlükəsizlik ekspertlərinin İŞİD terror qruplaşmasında ağır və modern silahlar və uçan pilotsuz aparatın olması ilə bağlı açıqlamaları, həmçinin faktlar sübut edir ki, bəzi xarici və regional tərəflər hələ də bu terror qruplaşmasını dəstəkləyirlər.

Ötən cümə günü İraq təhlükəsizlik qüvvələri Bəsrə vilayətində bir gizli bombaqayırma və avtomobillərə bombaların quraşdırılması sexini, çoxlu sayda kitab və broşuralar, həmçinin Səudiyyə Ərəbistanına aid avtomobil nömrələri aşkarlayıblar.