Apr 06, 2016 09:34 Asia/Baku
  • Nilesat əl-Minarın yayımını dayandırdı
    Nilesat əl-Minarın yayımını dayandırdı

Misirin Nilesat Peyk Şirkəti Livanin Təhlükəsizlik Nazirliyinə bildirib ki, əl-Minar telekanalının yayımını dayandırıb.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Misirin Nilesat Peyk Şirkəti Livanın Təhlükəsizlik Nazirliyinə bildirib ki, Əl-Minar telekanalının yayımı 5 aprel 2016-cı ildən dayandırılıb.

Nilesat şirkəti bu addımını əsaslandırmaq üçün iddia edib ki, bu qərar fitnə və məzhəb ixtilaflarını qızışdıran proqramlar yaymaq istiqamətində əl-Minarın hərəkətlərinə görə verilib.

Bundan öncə də, Ərəbsat Şirkəti öz ofisini Livandan İordaniyaya köçürərək əl-Minar telekanalının yayımını dayandırıb.

Nilesat şirkətinin Livan müqavimətinə bağlı medialara qarşı hərəkəti Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləzizin Misirə səfəri ərəfəsində baş verir.

Bu məlumata görə, Səudiyyə Ərəbistanı bəzi mürtəce ərəb rejimləri ilə əməkdaşlıq edərək sionist rejimin mənafayi istiqamətində Livan Hizbullahına qarşı düşmənçilik mövqeyi sərgiləyir.

Fars Körfəzi Əməkdaşlıq Şurası və Ərəb Liqası Livan Hizbullahını terror qruplaşmaları siyahısına daxil etdikdən sonra, qeyd olunan şuraya üzv ölkələrin media nazirləri Hizbullaha bağlı telekanallarla istənilən əməkdaşlığı qadağan elan ediblər.

Teqlər