Hərəmeyn Əsgəreyndə(ə) 2 milyon zəvvar
Apr 12, 2016 04:46 Asia/Baku
-
Hərəmeyn Əsgəreyndə(ə) 2 milyon zəvvar
İraq mənbələri İmam Hadi(ə)-ın şəhadətinin ildönümü ilə bir vaxtda Samira şəhərinə 2 milyona yaxın zəvvarın gəldiyini bildiriblər.
Mehr informasiya agentliyini verdiyi məlumata görə, İraqın Şiə Vəqfi Divanı sədrinin müavini Sami Məsudi bazar ertəsi günü 2 milyona yaxın zəvvarın Samira şəhərinə daxil olduğunu bildirib.
Samira şəhərinin əməliyyat komandanı İmad Zəhiri də İmam Hadi(ə)-ın şəhadətinin ildönümü günü ilə əlaqədar 2 milyona yaxın zəvvarın bu şəhərə müraciət etdiyini bildirib.
İ.Zəhiri əlavə edib: Şəhərə müraciət edən zəvvarların sayının çoxluğuna baxmayaraq, İmam Hadi(ə)-ın pak məqbərəsini ziyarət mərasimi tam təhlükəsiz bir atmosferdə və təhlükəsizlik qüvvələrinin nəzarəti altında həyata keçirilib.
Teqlər