Taliban Əfqanıstanın Bəğəlan əyalətini ələ keçirir
-
Taliban Əfqanıstanın Bəğəlan əyalətini ələ keçirir
Taliban Əfqanıstanın şimalında yerləşən Bəğəlan əyalətinin bəzi hissələrinə nəzarəti ələ keçirib.
İRNA bildirir ki, Bəğəlan Əyalət Şurasının "Dənə Ğuri" şəhərinin yenidən Talibanın əlinə keçməsi təhlükəsi barədə xəbərdarlıq etməsinin ardınca, bu şəhərin yenidən Talibanın əlinə keçməsi barədə xəbərlər yayılıb.
Bəğəlan Əyalət Şurasının üzvü Bismillah Ətaş cümə axşamı jurnalistlərə verdiyi müsahibədə bildirmişdi ki, Taliban "Coyi No" və "Əhmədziha" kəndlərinə hücum edərək, bu mən təqələri ələ keçirib.
Dənə Ğuri şəhəri dövlət qüvvələri ilə Taliban arasında 40 gün davam edən ağır döyüşlərin ardınca Talibanın işğalından azad edilmişdi. Amma, hazırda bu şəhər bir gündən az bir müddət ərzində yenidən Taliban tərəfindən ələ keçirilib.
Əfqanıstan ordusunun generallarından olan Bərid Rəcəb isə ordu ilə polis qüvvələrinin Bəğəlanda birgə əməliyyata başladıqlarını bildirib və deyib: Bəğəlan əyalətinin Taliban ünsürlərindən tam şəkildə təmizlənməsinə kimi bu əməliyyat davam edəcək.