Türkiyə və Misir rəsmiləri arasındakı buzlar İstanbul iclasında ərimədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i215143-türkiyə_və_misir_rəsmiləri_arasındakı_buzlar_İstanbul_iclasında_ərimədi
Rəy əl-Yəum qəzeti yazır: Misir xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sədrliyinin Türkiyəyə təhvil veriməsi zamanı bu ölkə rəsmilərinin kənarından etinasız şəkildə keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2016 11:25 Asia/Baku
  • 
Türkiyə və Misir rəsmiləri arasındakı buzlar İstanbul iclasında ərimədi
    Türkiyə və Misir rəsmiləri arasındakı buzlar İstanbul iclasında ərimədi

Rəy əl-Yəum qəzeti yazır: Misir xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sədrliyinin Türkiyəyə təhvil veriməsi zamanı bu ölkə rəsmilərinin kənarından etinasız şəkildə keçib.

Qəzetin yazdığına görə, Misir xarici işlər naziri Samih Şükri cümə axşamı İstanbulda keçirilən İƏT-in sammitində təşkilata sədrlik kürsüsünü Türkiyə rəsmilərinə təhvil verərkən, onlarla görüşmədən tribunanı tərk etdi.

Bu məlumata görə, S.Şükri İstanbul iclasında sadəcə Misirin İƏT-ə sədrlik etdiyi dövrdə bu ölkə ilə əməkdaşlıq edən ölkələrə təşəkkürünü bildirib və Türkiyə rəsmilərinin adını çəkmədən İƏT-ə sədrliyi onlara təhvil verib.

Bəzi mediaların bildirdiklərinə görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İƏT-ə sədrliyin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna təhvil verilməsi zamanı Samih Şükri ilə görüşməkdən imtina edib.

Ərdoğan həmçinin çıxışı zamanı Misirin adını çəkmədən İƏT-in "keçmiş sədri"nə təşəkkür edib.

Türkiyə Misirin hazırkı prezidenti Əbdülfəttah əl-Sisinin legitimliyini tanımır.