Terrorçular İraqdan Suriya sərhədlərinə qaçır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i215431-terrorçular_İraqdan_suriya_sərhədlərinə_qaçır
İraq ordusu və xalq könüllü qüvvələrinin ölkənin qərbində terrorçuların mövqelərinə ağır hücumları nəticəsində onlarla İŞİD terrorçusu Suriya sərhədlərinə doğru qaçıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2016 14:31 Asia/Baku
  • 
Terrorçular İraqdan Suriya sərhədlərinə qaçır
    Terrorçular İraqdan Suriya sərhədlərinə qaçır

İraq ordusu və xalq könüllü qüvvələrinin ölkənin qərbində terrorçuların mövqelərinə ağır hücumları nəticəsində onlarla İŞİD terrorçusu Suriya sərhədlərinə doğru qaçıblar.

İraqın əl-Fərat xəbər portalının məlumatına görə, əl-Anbar vilayətinin Hit şəhərinin cənubunda əl-Xusə və əl-Məştəl kəndlərinin terrorçulardan azad olunması ilə, onlarla İŞİD terroçusu Suriya sərhədlərinə doğru qaçıblar.

Bildirilir ki, İŞİD ünsürləri Ər-Rəmadinin qərbində əl-Bağdadi adasından Suriyanın sərhəd şəhəri əl-Qaim şəhərinə doğru qaçıblar.

Həmçinin İraq ordusunun Hərbi Hava Qüvvələrinin Ər-Rəmadinin şimalında terrorçuların gizli məkanına hücumunda 20-dən çox terrorçu öldürülüb.

İraq təhlükəsizlik qüvvələri əl-Anbar vilayətində İŞİD-in bir uçan pilotsuz aparatını vurublar.

Əl-Anbar Əməliyyat Komandanı İsmayıl əl-Məhlavi deyib: Bu, ötən iki gün ərzində əl-Anbar vilayətində vurulan İŞİD-in ikinci uçan pilotsuz aparatıdır.

Digər tərəfdən İraqın xalq könüllü qüvvələri Bicinin cənubunda İŞİD üzvlərinin yerləşdiyi məkanı nəzarətə götürüblər.

Neynəva vilayətinin mərkəzində Mosulda da 30 İŞİD terrorçusu, o cümlədən iki terror başçısı Hərbi Hava Qüvvələrinin hücumunda öldürülüb.

İŞİD terrorçuları 2014-cü il iyun ayından İraqın bəzi bölgələrini işğal edərək bir çox cinayətlər törətmişlər.