Azərbaycanın xarici ticarət həcmi diqqəti cəlb edəcək həddə azalıb
May 19, 2016 14:16 Asia/Baku
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin statistikası göstərir ki, bu ölkənin xarici ticarət həcmi yanvar-aprel aylarında ötən ilin oxşar vəziyyəti ilə müqayisədə 34,30% azalıb.
Həmçinin bildirilir ki, bu müddətdə Azərbaycanın idxal həcmi 23,8% və ixracat həcmi isə 42,63% azalmışdır.
Ümumilikdə dünyada neftin qiymətinin ucuzlaşması və dollar qarşısında manatın devalvasiyasından sonra ölkənin neft və qaz və elektrik enerjisi kimi əsas ixracat məhsulları azalmışdır.
Bu arada ölkəyə idxal olunan əsas məhsullar, çay, meyvə, kənd təsərrüfatı məhsulları, şəkər, bitki və heyvan yağlarına aiddir.