İyun 06, 2016 10:11 Asia/Baku
  • Səlahəddin Dəmirtaş
    Səlahəddin Dəmirtaş

Türkiyə Xalqların Demokratiyası Partiyası HDP sədri bu ölkə hökumətinin avantürist siyasətlərini tənqid edib.

İRİB-in məlumatına görə, Səlahəddin Dəmirtaş Türkiyənin cənub-şərqində, Diyarbəkirdə etdiyi çıxışında bildirib: Hökumətin avantürist siyasətləri dünyada Ankara üçün dostun qalmamasına səbəb olub.

Dəmirtaş əlavə edib: Türkiyə hökuməti digər ölkələrlə öz əlaqələrinin forması, qanunvericilik forması və idarəçilik forması ilə nifrətə səbəb olmuşdur və dünyada heç bir nüfuzlu ölkə artıq Türkiyənin dostu deyildir.

Bundan öncə HDP sədri bildirmişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz qüdrətinə zəmanət vermək və siyasi quruluşu dəyişmək planını irəlilətmək üçün lazım olarsa, Türkiyəni yerlə-yeksan edər.

Teqlər