Suriyanın şimalında bir neçə bölgə azad olunub
-
Suriyanın şimalında bir neçə bölgə azad olunub
Suriya qüvvələri Riqqənin şimalında bir ərazini İŞİD terrorçularının işğalından azad ediblər.
Suriya ordusu bazar ertəsi günü Riqqə vilayətində keçirdiyi əməliyyatda Əbu Əl-Əlac bölgəsi və əl-Səryatil yüksəkliyinə nəzarəti bərpa edib. Bu əməlyyatda çoxlu sayda terrorçu öldürülüb.
Bu əməliyyatın davamında Suriya ordusu İŞİD terrorçuları ilə qarşıdurmadan sonra əl-Təbəqə hava limanının 40 kilometrliyində Birambac şəhərciyinə nəzarəti ələ keçirib.
Bu arada Suriya ordusu Livanla müştərək sərhəddə əməliyyatını davam etdirir. Suriya ordusu Livan və Suriya sərhədində Cərud Fəlitədə terrorçuların bazasını hədəfə alıb. Bu əməliyyatda çoxlu sayda terrorçu öldürülüb.
Suriyadan əldə olunan digər məlumata görə, əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının ünsürləri İdlib vilayətinin şiə sakinli əl-Fuə şəhərciyinə minaatanla hücum ediblər. Bu hücumda bir neçə sivil ağır yaralanıb.
Suriya böhranı 2011-ci ildən prezident Bəşşar Əsədin qanuni hökumətini devirmək üçün ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının genişmiqyaslı hücumları ilə başlanmışdır.