İyun 11, 2016 10:48 Asia/Baku
  • İordaniyalı jandarmlar bəhreynli siyasi məhbusları işgəncə edirlər
    İordaniyalı jandarmlar bəhreynli siyasi məhbusları işgəncə edirlər

Bəhreyn İnsan Haqları Təşkilatı bəhreynli siyasi məhbusların iordaniyalı jandarmlar tərəfindən işgəncə edilməsindən xəbər verib.

Bəhreyn İnsan Haqları Təşkilatı bildirib ki, bəhreynli siyasi məhbusların ailələrindən bir çox şikayətlər alıbdır və bu şikayətlər həmin məhbusların "Əlhuz Əlcaf" məhbəsində iordaniyalı jandarmlar tərəfindən işgəncə edilməsindən xəbər verir.

IRNA-nın məlumatına görə, bu təşkilatın cümə günü yayılmış bəyanatında deyilir: Bəhreynli siyasi məhbusların ailələri deyiblər ki, "Əlhuz Əlcaf" məhbəsinin idarə olunmasında iştirak edən iordaniyalı jandarmlar onların övladları ilə çox pis rəftar ediblər; onları döyüblər və fərdi kameralarda həbs ediblər.

Bu bəyanatda deylir ki, bəhreynli siyasi məhbuslar zindandaxili nəzarət üzrə xüsusi kameralar əhatəsindən kənar bir məkanda işgəncə edilirlər.

Bəhreynli siyasi məhbusların ailələri vurğulayıblar ki, bəzi məhbuslar işgəncələrə etiraz olaraq, altı gün öncədən aclıq elan ediblər.

Bəhreyn İnsan Haqları Təşkilatı "Əlhuz Əlcaf" məhbəsinin müdiriyyətindən istəyibdir ki, BMT Baş Assambleyasının 1988-ci il 9 dekabr tarixli 173/43 saylı qətnaməsi kimi bütün məhbusların himayəsi ilə bağlı prinsiplərə iltizamlı olsun.

Teqlər