İyun 13, 2016 16:27 Asia/Baku
  • Suriya ordusu irəliləyir
    Suriya ordusu irəliləyir

Suriya ordusu Riqqə istiqamətində gözə çarpacaq uğurlar əldə edib. Ordunun irəliləyişi ilə Riqqə vilayətinin Təbqə hava limanı terrorçulardan azad olmaq ərəfəsindədir.

Suriya ordusu və müqavimət qüvvələri ölkənin şimal və mərkəz cəbhələrində İŞİD terrorçularına ağır zərbələr endiriblər. Ordunun azad etdiyi Tədmur şəhərinin şimal şərqinə Səxnə şəhərinə doğru irəliləyişi zamanı Ərak və Şaə qaz yatağı İŞİD-in nəzarətindən çıxarılıb.

Riqqə vilayəti cəbhəsində də İŞİD təkfirçiləri ordu qüvvələrinin ağır zərbələri nəticəsində mövqelərindən geri çəkilməli olublar.

Ordu və müqavimət qüvvələri Rəsafə uçbucağını keçərək ərazidəki neft nasos stansiyasının elektrik təsisatlarını terrorçuların nəzarətindən çıxarıblar və Təbqə hava limanını azad etmək uğrunda böyük bir addım atmış olublar.

Suriya ordusunun irəliləyişlərində onlarla İŞİD-çi məhv edilib. Ordu və müqavimət qüvvələri hal-hazırda Təbqə hərbi aeroportun 5 km-ə çatıblar.

Teqlər