İyun 15, 2016 15:54 Asia/Baku
  • Suriya ordusu anti-terror əməliyyatlarını davam etdirir
    Suriya ordusu anti-terror əməliyyatlarını davam etdirir

Suriya ordusu xalq qüvvələrinin dəstəyi ilə ölkənin mərkəzində yerləşən Tədmərdə Arak neft yatağına nəzarəti təmin edib.

Suriya TV-nin bu gün verdiyi məlumata görə, Suriya ordusunun bu böyük uğurundan əlavə xalq qüvvələri də ölkənin cənubunda Badiyətəşşam bölgəsində terrorçu İŞİD üzvləri ilə toqquşmalarda bir neçə terroçunu öldürüb və çoxlu miqdarda silah sursatlarını eləcə də sionist rejim istehsalı olan qumbaraları ələ keçirib.

Ölkənin şərqində Deyrəzzur, cənubunda Dəra və şimalında Hələb vilayətlərində də Suriya ordusu ilə terrorçular arasında baş verən toqquşmalarda onlarla terrorçu məhv edilib.

Suriyadan əldə olunan digər məlumata görə Dəməşqin ətrafında Vadi Berdi bölgəsində 110 nəfər yaraqlı özlərini Suriya ordusuna təslim ediblər.

Bir hərbi mənbə isə Almaniyanın hərbi quvvələrinin Suriyanın demokrat quvvələri adlandırılan qrupa İŞİD-ə qarşı mübarizəsində yardım üçün Mənic məntəqəsinə daxil olmasından xəbər verib.

Almaniya qüvvələri elə bir şəraitdə Suriyaya daxil olurlar ki Amerikanın 500 hərbi məsləhətçisi eləcə də Fransanın bir neçə hərbçisi bu ərazilərdə fəaliyyət göstərirlər.

Suriya dövləti Fransa və Almaniyanın xüsusi qüvvələrinin Suriya ərazisində fəaliyyətini pisləyib və bu hərəkətin Suriyanın müstəqilliyi və süverinliyinə açıq-aşkar təcavüz olduğunu bildirib.

Teqlər