İyun 20, 2016 08:54 Asia/Baku
  • Suriyalı qüvvələrin Əlriqqə vilayətində irəliləyişi
    Suriyalı qüvvələrin Əlriqqə vilayətində irəliləyişi

İnformasiya mənbələri suriyalı qüvvələrin İŞİD-in Suriyanın şimal-şərqindəki fəaliyyət mərkəzi olan Əlriqqə vilayətində irəliləyişindən xəbər veriblər.

Livanın Əlməyadin telekanalının məlumatına görə, Suriyanın ordu qüvvələri bazar günü Əlriqqə vilayətindəki Əlrəsafə məntəqəsində Əlhəbari neft yatağına doğru irəliləyiblər.

Belə bir halda, Suriyanın ordu qüvvələri bu ölkənin cənubundakı Suvəyda şəhərinin şimal-şərq ətrafında yerləşən Rəcm Əldəulət və Təl Əsfər məntəqələrində İŞİD-ə aid beş avtomobili məhv ediblər.

Həmçinin Suriyanın ordu qüvvələri bu ölkənin cənubundakı Dəra Əlbələd məntəqəsində Cibhətunnusrə terror qrupunun gizli məkanı və avtomobillərini hədəfə alıbla ki, nəticədə bir qrup terrorçu məhv edilib.

Teqlər