Dəməşq ətrafında böyük cəbbəxana aşkar edilib
-
Dəməşq ətrafında böyük cəbbəxana aşkar edilib
Suriyalı qüvvələr Dəməşq ətrafında terrorçu qrupların mövqelərinin dərinliyində əməliyyat keçirərək, ABŞ istehsalı olan pulemyotlar daxil olmaqla böyük cəbbəxana aşkar və müsadirə edə biliblər.
Snayperliyə məxsus uzaq məsafəyə atan tüfənglər və RPJ bu cəbbəxanada aşkarlanaraq, müsadirə olunmuş silahlardandır.
Terrorçuların bu cəbbəxanası terrorçu qrupların hərəkətlərinin geniş izlənilməsi və dəqiq informasiyalara əsasən, aşkarlanıb və bu, terror qruplarının logistic qüdrətinə böyük zərbə vurubdur.
Suriyanın BMT-dəki daimi nümayəndəsi bu ölkədəki insan durumu barədə deyib: Suriyada insan böhranının əsas səbəbi, terror qrupları və qərblilərin zalımcasına mühasirəsidir.
Bəşşar Əlcəfəri BMT baş katibi müavininin Suriyada insan durumu barədəki hesabatının dinlənilməsi iclasındakı çıxışında vurğulayıb: Suriya dövləti bütün dünya ölkələri adından təkfirçi terrorizmlə vuruşur və dostlar və müttəfiqlər kənarımızdadırlar. Əgər terrorizmə öz baxışlarını Suriyada qəbul etdirmək icazəsi versəniz, terrorçular sizin ölkələriniz və paytaxtlarınıza çatacaqlar.