İyun 27, 2016 14:13 Asia/Baku
  • Bəhreyn xalqı Ayətullah İsa Qasimə dəstəyini davam etdirir
    Bəhreyn xalqı Ayətullah İsa Qasimə dəstəyini davam etdirir

Bəhreyn vətəndaşları davamlı olaraq 7-ci gündür Şeyx İsa Qasimin mənzili qarşısında oturaq aksiyanı davam etdirirlər

Əl-Aləm televiziyasının verdiyi məlumata görə, Bəhreyndə tanınmış ruhani Ayətullah İsa Qasim ölkəni tərk etmək və Bəhreyn rejimi ilə bununla əlaqədar müzakirə aparmağa qarşı çıxdığını bildirib

Bəhreynlilər isə Şeyx İsa Qasimin vətəndaşlığının ləğv edilməsinə qarşı etirazlarını və bu ruhaniyə dəstəklərini davam etdirəcəklərini vurğulayırlar.

Bəhreyn vətəndaşları davamlı olaraq artıq 7-ci gündür ki, Şeyx İsa Qasimin Ədoraz məhəlləsində yerləşən mənzili qarşısında oturaq aksiyanı davam etdirirlər.

Bəhreynlilər səsləndirdikləri şuarlarla Ali-Xəlifə rejimini Ayətullah İsa Qasimin vətəndaşlığının ləğv edilməsi və onun ölkədən qovulması barədəki qərarından vaz keçməyə çağırırlar.

Nümayişçilər Bəhreyn rejiminin represiya siyasətini pisləyərək bildiriblər ki, Ali-Xəlifə Bəhreyn xalqının tələblərinə diqqət yetirməlidir.

Bəhreynlilər etiraz aksiyalarını davam etdirəcəklərini və tələblərinə heç vaxt göz yummayacaqlarını bildiriblər.

Teqlər