Əl-İbadi: Türkiyənin Mosulda istənilən müdaxiləsi böyük müharibə ilə nəticələnəcək
-
Əl-İbadi: Türkiyənin Mosulda istənilən müdaxiləsi böyük müharibə ilə nəticələnəcək
İraq baş naziri deyib: Türkiyənin Mosulda istənilən müdaxiləsi böyük müharibə ilə nəticələnəcək.
Süməriyyə Nyuz xəbər portalının məlumatına görə, Heydər əl-İbadi çərşənbə günü peyk kanallarının nümayəndələri ilə həmrəylik iclasında Türkiyənin Mosuldakı nəzərdə tutduğu məqsədləri barəsində İraqın nigaranlığını ciddi adlandırıb və xəbərdarlıq edib: Türkiyənin müdaxiləsi, qüvvə ezam etməsi və ya Mosulda iştirak etməsi İŞİD əleyhinə müharibədən başqa böyük bir müharibəyə səbəb olacaq.
İraq baş naziri davamında deyib: Türkiyənin qonşu ölkələr qarşısındakı siyasəti xəbərdarlıq və problem yaratma sərhədinə çatıb.
Əl-İbadi bildirib: İraqda bəzi terror cinayətləri bəzi qonşu ölkələr vasitəsi ilə törədilib.
O deyib: İraq hazırda İŞİD-lə mübarizənin forması barəsində yaxşı təcrübə qazanıb və bu məsələ bu terror qruplaşması qarşısında İraq üçün toxunulmazlıq yaradır. Lakin bu qruplaşmanın Fars körfəzi ətrafındakı ölkələr üçün təhlükəsi çox böyük və ciddidir.
Bir neçə gün öncə İraqın müdafiə naziri də Türkiyə hərbçilərinin Mosul yaxınlığındakı Bəşiqə bazasından dərhal çıxmalarını vurğulayaraq bildirib ki, Bağdad Mosulun azad olunması əməliyyatında Türkiyə hərbçilərnin iştirakı ilə bağlı istənilən müraciətə qarşıdır.