Mosulun azad edilməsi əməliyyatının ilk etapı başa çatıb
-
Əbdulqəni Ələsədi
İraqda terrorizmlə mübarizə bölməsinin komandiri Neynəva vilayətinin mərkəzi olan Mosulun azad edilməsi əməliyyatının ilk etapının başa çatmasından xəbər verib.
İraqda terrorizmlə mübarizə bölməsinin komandiri Əbdulqəni Ələsədi bu ölkənin "İN" xəbər agentliyi ilə müsahibədə bildirib ki, İraqın təhlükəsizlik qüvvələri Mosulun azad edilməsi əməliyyatının ilk etapının öncədən hazırlanmış bütün planlarını həyata keçirə və Mosulun ətrafındakı bütün kənd və istiqamətləri İŞİD-in işğalından çıxara biliblər.
İraqda terrorizmlə mübarizə bölməsinin komandiri vurğulayıb: İraqlı qüvvələr habelə Dəclə çayı üzərində asma körpü quraşdıraraq, Əlqiyarə və Məxmur arasındakı məntəqəni, eləcə də ətrafdakı bütün məntəqə və kəndləri təmizləyə biliblər.
İraqlı qüvvələr bu məntəqələri İŞİD terrorçularının işğalından azad etmək və Mosula doğru irəliləmək üçün üç ay bundan öncədən Mosulun cənub-şərqində yerləşən Məxmur məntəqəsindən hərbi əməliyyata başlayıblar.
İraqlı qüvvələr ötən həftə Neynəvanın cənubunda yerləşən Əlqiyarə məntəqəsini azad edə bliblər ki, bu məntəqənin hərbi hava limanı və bazasından Mosulun azad edilməs üzrə yekun əməliyyatında bəhrələnə bilsinlər.