Suriya ordusu terrorçulara hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i226288-suriya_ordusu_terrorçulara_hücum_edib
Suriya ordusunun hava qüvvələri müxtəlif məntəqələrdə terror qruplarının mövqelərini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2016 08:43 Asia/Baku
  • Suriya ordusu terrorçulara hücum edib
    Suriya ordusu terrorçulara hücum edib

Suriya ordusunun hava qüvvələri müxtəlif məntəqələrdə terror qruplarının mövqelərini hədəfə alıblar.

Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, Suriya ordusunun hava qüvvələri və ordunun digər bölmələri təkfirçi-sionist qruplar olan İŞİD və Cibhətunnusrə-nin olduqları məntəqələri hədəfə alıblar. Bu hücumlarda pulemyotla təchiz olunmuş on üç zirehli avtomobil məhv edilib və Səlmiyyə məntəqəsində İŞİD-in 100-dən çox terrorçusu öldürülübdür. Ordunun qırıcıları habelə İŞİD-in Humsun şərq hissəsində yerləşən Diyrəlzur və Riqqə şəhərlərindəki komandanlıq mərkəzi, təchizat və avtomobillərini məhv ediblər.