İyul 28, 2016 11:57 Asia/Baku
  • Terrorçuların mərmi hücumlarında beş iraqlı uşaq həlak olub
    Terrorçuların mərmi hücumlarında beş iraqlı uşaq həlak olub

Terrorçuların İraqın paytaxtı Bağdadın cənubuna qarşı mərmi hücumunda beş iraqlı uşaq həlak olub.

Suməriyyə Nyus-un məlumatına görə, İraqın bir polis mənbəyi bildirib ki, terrorçular dünən axşam Bağdadın cənubundakı Əlseyyidiyyə məntəqəsində iraqlı didərginlər düşərgəsini mərmilərlə hədəfə alıblar ki, nəticədə beş uşaq və bir qadın həlak olub.

Bundan öncə də Bağdadın Yusifiyyə məntəqəsindəki meyvə və tərəvəz bazarının yaxınlığında bomba partlayışı nəticəsində iki nəfər ölüb, altı nəfər də yaralanıbdır.

Həmçinin terrorçuların Bağdadda İraqın Daxili İşlər Nazirliyinin işçilərini daşıyan bir avtomobilə qarşı hücumunda iki nəfər ölüb, üç nəfər də yaralanıbdır.

Dünən günorta çağı da Bağdadın şimalında yerləşən Şölə məntəqəsindəki yoxlama-buraxılış məntəqəsində baş verən terror partlayışı nəticəsində bir polis zabiti daxil olmaqla dörd nəfər həlak olub, bir qrup insan da yaralanıbdır.

Bağdad son həftələrdə qanlı partlayışların şahidi olubdur ki, onların nəticəsində onlarla iraqlı ölüb və ya yaralanıbdır.

Teqlər