Hələbdə ABŞ istehsalı olan silahlar aşkarlanıb
İyul 31, 2016 12:53 Asia/Baku
-
Hələbdə ABŞ istehsalı olan silahlar aşkarlanıb
Hələbin yenicə azad olunmuş Bəni Zeyd məhəlləsində ABŞ istehslı olan bir neçə silah anbarı aşkarlanıb.
Hələbin şimalında yenicə azad olunmuş Bəni Zeyd məhəlləsində Amerika istehsalı olan silahlar, o cümlədən Tav raketləri ilə dolu olan terror qruplaşmalarına aid bir neçə anbar aşkarlanıb.
Suriyanın əl-Əxbariyyə telekanalı bu xəbəri bildirərək hazırda Suriya ordusunun əlinə keçən Bəni Zeyd məhəlləsində terrorçulara aid anbarlarda Amerika istehsalı olan silahların kadrlarını yayımlayıb.