İyul 31, 2016 20:17 Asia/Baku
  • Hələbin azad olunmuş bölgələri əhalisi sevinc içindədir
    Hələbin azad olunmuş bölgələri əhalisi sevinc içindədir

Suriya ordusu və müqavimət qüvvələri ötən günlərdəki əməliyyatlarda Hələbin şimal və şərq bölgələrində təkfirçi qruplaşmaların nəzarətində olan ərazilərdən təxminən 20 kvardart kilometr ərazini azad edə biliblər.

Ordu və müqavimət qüvvələri bu əməliyyatda terrorçuların minaatanlar, yaxud cəhənnəm topu kimi tanınan dəhşətli silahla sivilləri hədəfə aldığı məkanlar üzərində təmərküz ediblər.

Xalidiyyə, Səkənüş-Şəbabi, Əşrəfiyyə və Bəni Zeyd bölgələri azad olunan bölgələrdəndir.

Terrorçuların işğalında olan Hələbin şərq hissəsində qalan məhdud sayda sakin də bu bölgələrdən qaçmağa nail və ordu və müqavimət qüvvələrinin nəzarət etdiyi bölgələrə daxil olub.

Təkfirçi snayperlər 4 təhlükəsiz dövlət keçidindən keçmək istəyən vətəndaşları hədəf alırlar.

Bura, Suriya ordusu və müqavimət qüvvələrinin Hələbdə azad edə bildiyi önəmli bölgələrdən biri, Bəni Zeyd məhəlləsidir. Və vətəndaşlar bu qələbə münasibəti ilə öz sevinclərini bildirmək üçün buraya toplaşıblar.

Teqlər