Avq 01, 2016 20:07 Asia/Baku
  • İraqın əl-Ənbar əyalətində yerləşən Xalidiyə məntəqəsi İŞİD-in işğalından azad edildi
    İraqın əl-Ənbar əyalətində yerləşən Xalidiyə məntəqəsi İŞİD-in işğalından azad edildi

İraq rəsmiləri Xalidiyə məntəqəsinin İŞİD terrorçularından tam şəkildə təmizləndiyini bildiriblər.

İraqın Bədr Batalyonu komandanı olan Hadi Amiri əl-Ənbar əyalətinin mərkəzi olan Rəmadi şəhərinin şərqində yerləşən Xalidiyə məntəqəsinin terrorçuların işğalından azad edilməsi əməliyyatının uğurlu şəkildə başa çatdırılmasından xəbər verib.

Amiri bu əməliyyatın iki gün davam etdiyini bildirib.

Hadi Amiri bu münasibətlə verdiyi açıqlamada Xalidiyə məntəqəsinin Buəbid məntəqəsinə və Fərat çayına qədər olan bütün ərazilərinin İŞİD-in işğalından azad edildiyini bildirib.

Asoşeyted Press tərəfindən yayımlanan video görüntüyə əsasən İraq ordusu və könüllü xalq qüvvələri hava qüvvələrinin dəstəyi ilə İŞİD-in mövqelərinə ağır zərbələr endirərək, bu məntəqəni işğaldan azad ediblər.

İraqın könüllü xalq qüvvələrinin də iştirak etdiyi bu əməliyyata təhlükəsizlik qüvvələri də dəstək veriblər.

Teqlər