Mosulun azad edilməsi əməliyyatında Əl-Həşəd Əşşəbinin də iştirak etməsi istənilib
-
Mosulun azad edilməsi əməliyyatında Əl-Həşəd Əşşəbinin də iştirak etməsi istənilib
İraqın Bədr təşkilatının sədri Mosulun azad edilməsi əməliyyatında Əl-Həşəd Əşşəbi qüvvələrinini də iştirak etməsini istəyib.
Suməriyyə Nyus-un verdiyi məlumata görə, Bədr təşkilatının sədri və Əl-Həşəd Əşşəbi xalq təşkilatının baş komandanlarından olan Hadi Əl-Amiri deyib: Xalidiyyə adasının azad edilməsi əməliyyatı uğurlu olub və bu ərazilərdə terrorçu İŞİD ünsürlərinin axtarılması və bölgənin terrorçulardan təmizlənilməsi əməliyyatı davam edir.
İraqdan əldə olunan başqa bir məlumata görə, İraq parlamentinin sədri Səlim Əccəburinin ofisinin katibi Xalid Ənnasir bir sıra iraqlı yüksək vəzifəli rəsminin ölkədən çıxmasına qoyulan qadağaya münasibət bildirərkən deyib: İraq pasportuna malik olan İraq vətəndaşlarının ölkədən çıxmalarına hər hansı məhdudiyyətin tətbiq edilməsi ədliyyə sektorunun səlahiyyətindədir və indiyədək İraq məhkəmələrində hər hansı həqiqi şəxs üçün onun ölkədən çıxmasına qadağaya gətirib çıxaracaq heç bir hökm çıxarılmayıb.
İraq prezidenti Heydər Əl-İbadi İraqın müdafiə naziri Xalid Əl-Übeydinin parlament sədri Səlim Əccəburini qeyri-qanuni silah müqavilələrində əli olmaqda ittihamlandırmasından sonra parlament sədrinin ölkədən çıxmasına naməlum müddət üçün qadağa qoyub.
İraqın baş nazirlik ofisi də bildirib ki, Əccəburiyə qarşı səsləndirilmiş ittihamların təhlükəli olduğunu nəzərə alaraq bu ittihamlara baxılması üçün bir heyət yaradılıb.