Avq 03, 2016 20:16 Asia/Baku
  • Ərəbistanda maliyyə böhranı
    Ərəbistanda maliyyə böhranı

Səudiyyə Ərəbistanı qaynaqları bu ölkədə iqtisadi böhranın genişlənməsindən xəbər veriblər.

İRNA-nın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının mərkəzi bankı bu ölkədə milli valyuta çatışmazlığı üzündən daxili banklara yardım məqsədi ilə aşağı sələmlə kreditlərin verilməsi ilə razılaşıb. 

Ərəbistanın mərkəzi bankı tərəfindən verilən az sələmli kreditlərin dəyəri bir il üçün təxminən 4 milyard dollar təşkil edir. 

Səudiyyə Ərəbistanının bank sistemində milli valyuta çatışmazlığı böhranı Ali-Səud rejiminin neftin qiymətinin düşməsindən sonra həyata keçirdiyi tədbirlər, Yəmənə qarşı müharibə və regionda terrorçu qrupların formalaşması ilə bağlıdır. 

Teqlər