Avq 04, 2016 14:22 Asia/Baku
  • Terrorçular Hələbin ətrafında onlarla itki verdiklərini etiraf etdilər
    Terrorçular Hələbin ətrafında onlarla itki verdiklərini etiraf etdilər

Suriyadakı təkfirçi terrorçular ötən 24 saat ərzində Hələbin cənub və qərbində gedən döyüşlərdə onlarla itki verdiklərini etiraf ediblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, silahlı qruplaşmaların Suriyadakı koordinasiya mərkəzinin etirafına əsasən, ötən sutka ərzində 64 yaraqlı Hələbin cənub və qərb hissəsində Suriya ordusu və müqavimət qüvvələri ilə döyüşlərdə həlak olub. Bu döyüşlərdə onlarla nəfər də yaralanıb.

Ölən terrorçuların adları internetdə yayımlanıb. Bundan öncə də adı çəkilən mərkəz 56 yaraqlının öldüyünü etriaf etmişdi. Bununla da , bazar günündən bəri ölən terrorçuların sayı 120 nəfərə çatıb.

Bəzi mənbələr isə Hələb  uğrunda gedən döyüşlərdə 250 terrorçunun öldürüldüyünü və yüzlərlə nəfərin də yaralandığını bildirirlər.

Teqlər