Türkiyə və Yunanıstan arasında Kipr böhranı
Avq 14, 2016 20:17 Asia/Baku
-
Türkiyə və Yunanıstan arasında Kipr böhranı
Türkiyə XİN-i Yunanıstanın Türk əsgərlərinin Kipri tərk etmələrinə dair şərtini rədd edib.
İSNA-nın verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Yunanıstanın bu şərtinin şübhələrə yol verdiyini, xoşməramlılığı kölgədə qoyduğunu bildirib.
Son günlər Yunanıstan bir bəyanatda bildirmişdi ki, Kipr məsələsində davamlı həll yoluna nail olmaq üçün Türkiyə hərbçiləri bu adanı tərk etməlidirlər.
Türkiyə bu bəyanata reaksiya əlaməti olaraq, rəsmi Afinanı konstruktiv və real mövqe tutmağa çağırıb.
Kiprin iki hissəsinin birləşməsi barədə müzakirələr 2015-ci ildən yenidən başladılıb və cari miladi ilinin sonunadək bu məsələnin Kiprdə federal dövlətin yaradılacağı ilə öz həllini tapacağı gözlənilir.