İraqda 80 İŞİD-çi öldürülüb
-
İraqda 80 İŞİD-çi öldürülüb
İraqdakı təhlükəsizlik mənbələri bu ölkənin Əlqaim şəhərinə qarşı hava hücumunda İŞİD terrorçularından 80 nəfərin ölməsindən xəbər veriblər.
Əlhəds telekanalının məlumatına görə, İraqdakı təhlükəsizlik mənbələri bildiriblər ki, Suriya sərhədləri yaxınlığında yerləşən İraqın Əlqaim şəhərinə qarşı hava hücumunda İŞİD-in komandirlərindən bir qrupu daxil olmaqla bu qrupun azı səksən üzvü öldürülüb.
Bu mənbələrin bildirdiklərinə görə, həmin hava hücumunda həmçinin Bağdada və İraqın digər mərkəzi məntəqələrinə göndərilməsi qərara alınmış həmçinin dörd bomba qoyulmuş avtomobil məhv edilib.
Bu mənbələr əlavə ediblər: İraqlı qüvvələrin Fəllucəyə və onun ətrafındakı məntəqələrə yiyələnmələrindən sonra İŞİD bu qrupun üzvlərini və onların ailələrini Əlqaim şəhərinə köçürməyə məcbur olub.