Suriyanın şimalında anti terror əməliyyat keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i232400-suriyanın_şimalında_anti_terror_əməliyyat_keçirilib
Suriya və Rusiya ordusunun hava qoşunları Suriyanın şimalında Hələb bölgəsində həyata keçirdikləri anti terror əməliyyatlarının davamında onlarla terrorçunu məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2016 15:37 Asia/Baku
  • Suriyanın şimalında anti terror əməliyyat keçirilib
    Suriyanın şimalında anti terror əməliyyat keçirilib

Suriya və Rusiya ordusunun hava qoşunları Suriyanın şimalında Hələb bölgəsində həyata keçirdikləri anti terror əməliyyatlarının davamında onlarla terrorçunu məhv ediblər.

Suriyanın Əl-Əxbariyyə telekanalının verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bir bəyanat yayaraq bildirib ki, Rusiya və Suriya ordularının Hələbdə terrorçulara qarşı hava hücumlarında 40 terrorçu öldürülüb bir neçəsi də yaralanıb. 

Suriya ordusu və müttəfiqləri Hələb vilayətinin cənubunda da bəzi bölgələri təkfirçi terrorçuların işğalından azad edərək terrorçulara ağır zərbələr endiriblər. 

Suriya ordusu ilə Ceyşül-Fəth adlanan terrorçu qrup arasında Hələbin cənubunda baş verən ağır toqquşmalarda isə bir neçə terrorçu məhv edilib və yaralanıb.