Sen 05, 2016 20:24 Asia/Baku
  • Suriya ordusu Hələbdə yeni uğurlara imza atıb
    Suriya ordusu Hələbdə yeni uğurlara imza atıb

Suriya ordusu və müttəfiq qüvvələr Hələbdə terrorçulara ağır zərbələr endiriblər.

Döyüş meydanlarında məğlubiyyətə uğramış terrorçular yenidən Suriyanın günahsız vətəndaşlarına qarşı cinayətlərə əl atıblar. Terrorçular Tartus şəhərinin girişində iki bomba quraşdırılmış avtomobili partladaraq 30 nəfərin ölümünə və 45 nəfərin yaralanmasına səbəb olublar. Dəməşqin ətrafında da qanlı partlayış baş verib. Həsəkədə də terror partlayışı 5 nəfərin ölümü ilə nəticələnib. Nobol və əz-Zəhra şəhərlərində yaşayış massivlərinə raket hücumlarında da azı iki nəfər dünyasını dəyişib, 8 nəfər də yaralanıb. Suriya ordusu Hələb şəhərinin şərqində terrorçuların mühasirəsini tamamlayıblar.

Suriya ordusu və müttəfiq qüvvələr Hələbin cənub-qərbində keçirilən genişmiqyaslı əməliyyatda silahlı terrorçuları ağır artilleriya və raketlə atəşə tutublar.

Və bu istiqamətdə irəliləməklə Hərbi Sənaye İnstitutları və Hələb arsenalını terrorçulardan təmizləyiblər. Beləliklə silahlı terror qruplaşmalarının bir ay öncə Ramusədə yaratdıqları qaçış yolu yenidən bağlanıb. Və onlar Hələbin qərbində bir daha mühasirəyə alınıblar.

Suriyada hərbi ekspert deyib: Hələbin cənub-qərb istiqamətində ordunun son qələbələri hərbi institutlarda terrorçuların tələyə düşdüklərini əks etdirir. Artıq onlar dağılıblar və bir-birlərini xəyanətdə suçlayırlar. Hətta Hələbin şərqində Əl-Nüsrə Cəbhəsi təkfirçiləri bir qrup silahlını edam ediblər.

Amerikanın dəstəklədiyi terrorçu qruplaşmaların Hələbdə məğlubiyyətə uğraması və tam mühasirə ərəfəsində olduqları halda, Vaşinqton işə əl atıb.

Suriyada hərbi ekspert deyib: Hələbin cənub cəbhəsində silahlı qrupların məğlubiyyət astanasında olduğunu görən Amerika, Suriya böhranında razılıq təklifi çərçivəsində Moskvadan istəyib ki, Suriya ordusu qüvvələri Kastlo yolundan çəkilsinlər. Belə ki, Hələbin şimalında terrorçuların qaçışı üçün yol təmin etsin.

İndi isə Suriyanın cənub cəbhəsində Suriya ordusunun iki gün öncə terrorçulardan azad etdiyi Havadan Müdafiə Batalyonunu yenidən işğal etmək üçün silahlı qruplaşmaların əks-hücum qüvvələrinin hücumu nəticəsiz qalıb. Və terrorçular hazırda xüsusilə də Şeyx Miskin məntəqəsində Suriya ordusunun Qazanburi əməliyyatının hədəfinə çevriliblər.

Bir az o tərəfdə, cənub cəbhəsinin qərbində, sionist düşmən hazırda dağılmış silahlı terrorçulara ruhiyyə vermək üçün avantürist bir hərəkətdə işğal olunmuş Cövlanla sərhəd bölgəsində pilotsuz uçan aparatla iki raket atmaqla Məşati əl-Həzər məntəqəsini hücuma məruz qoyub. Xoşbəxtlikdən tələfat olmayıb.

Dəməşqdə siyasi müşahidəçilər bu qənaətdədirlər ki, Amerika və onun regional müttəfiqləri Suriyada döyüş cəbhələrində vasitələrini bir-birinin ardınca itirirlər. Və bəlkə də Türkiyə, elə bu səbəbə görə, öz hərbi qüvvələrini Suriyanın şimalında bölgələrə ezam edib. Belə ki, Suriya böhranı barədə beynəlxalq məsləhətləşmələrdə manevr üçün yeri olmuş olsun.

 

Teqlər