Suriyalılar siyasi bəhanələrlə Həcc mərasimindən məhrum olublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i234137-suriyalılar_siyasi_bəhanələrlə_həcc_mərasimindən_məhrum_olublar
Səudiyyəli rəsmilər 5-ci il ardıcıl olaraq Suriya böhranı ilə əlaqədar siyasi bəhanələrlə suriyalıları Həcc mərasimindən məhrum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2016 15:54 Asia/Baku
  • Suriyalılar siyasi bəhanələrlə Həcc mərasimindən məhrum olublar
    Suriyalılar siyasi bəhanələrlə Həcc mərasimindən məhrum olublar

Səudiyyəli rəsmilər 5-ci il ardıcıl olaraq Suriya böhranı ilə əlaqədar siyasi bəhanələrlə suriyalıları Həcc mərasimindən məhrum ediblər.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Suriya Həcc Ali Komitəsi şənbə günü bir bəyanat yayaraq səudiyyəlilərin 5-ci il ardıcıl olaraq Suriya müsəlmanlarının vacib Həcci yerinə yetirməsinin qarşısını almaqda məsuliyyətli adlandırıb və bildirib: Ərəbistanın Həcc Nazirliyi hələ də Suriya Vəqflər Nazirliyi ilə həccin xüsusi rəsmi anlaşmalarını imzalamaqdan çəkinir. Bu məsələ bu barədə adi meyarlara ziddir.

Bu bəyanatda bildirilir: Ərəbistanın Həcc Nazirliyi bütün dini və əxlaq meyarlarını tapdalayıb və suriyalıların vacib həcci yerinə yetirə biləcəyi lazımi tədbirləri dayandırıb.

Əl-Mustafa Dünya Birliyinin direktoru Şeyx Samir Übeyd də Təsnim Xəbər Agentliyi ilə müsahibədə Ərəbistanın Həcc mərasimi qarşısındakı siyasətləri barədə deyib: Ərəbistanın Suriya vətəndaşlarının vacib həcci yerinə yetirməsinin qarşısını alması ədalətsiz qərar və şəri qaydalara ziddir.