İŞİD-in Mosulun şimalı və cənubunda iki uğursuz hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i237812-İŞİd_in_mosulun_şimalı_və_cənubunda_iki_uğursuz_hücumu
İraq ordusu və kürd peşmərgə yaraqlıları İŞİD-in Mosulun şimal və cənubunda 2 gözlənilməz hücumunu önləməyi bacarıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2016 09:07 Asia/Baku
  • İŞİD-in Mosulun şimalı və cənubunda iki uğursuz hücumu
    İŞİD-in Mosulun şimalı və cənubunda iki uğursuz hücumu

İraq ordusu və kürd peşmərgə yaraqlıları İŞİD-in Mosulun şimal və cənubunda 2 gözlənilməz hücumunu önləməyi bacarıblar.

Əlhədəs telekanalının verdiyi məlumata görə, İraq kürdlərinin peşmərgə yaraqlıları İŞİD-in Mosulun şimalında bəzi məntəqələrə olan hücumunu uğursuz qoyublar. 

Bu hücumda İŞİD-in bir qrup üzvü öldürülüb. 

İŞİD həmçinin, Mosulun cənubunda, Əlqəyarə məntəqəsinə qarşı da bir neçə hücum həyata keçirib. Neynəva Əməliyyat Komandanlığı bu hücumları önləyib.